Haqqımızda

«Klub» — yaradıcı sənət nümayəndələrin (rəssamların, fotoqrafların, kuratorların) dəstəyi üçün yaradılmış incəsənət məkanıdır. Xüsusi diqqət qadınlara, onların müasir incəsənət dünyasında mövqelərinin gücləndirilməsinə yetirilir. Nəzərə alaraq ki, dünya KOVİD-19 pandemiyası ilə üzləşdiyi zamanda yaradıcı layihələrin ənənəvi formatlarının keçirilməsi çətin məsələ olub və bütün dünyanın, həmçinin Azərbaycanın yaradıcılıq sahəsində məşğul peşəkarlar, xüsusilə qadınlar, öz incəsənət fəaliyyətlərinin bağlı rejimdə davam edilməsində çətinliklərlə üzləşirlər. Buna görədir ki, “Klub” yeni konseptual formaların yaradılmasını təklif edir. Rəssamların, xüsusi diqqətlə qadın müəlliflərin yaranmış vəziyyətini yaxşılaşdırma məqsədilə, incəsənətin inkişafı və dəstəyi üçün yeni innovativ texnologiyaların tətbiq edilməsi vasitəsilə sərgi layihələrinin, təhsil proqramlarının təşkili və  onları onlayn formatda geniş kütləyə çatdırılması üçün resursların səfərbər edilməsi nəzərdə tutulur.          

Müasir incəsənət dünyasının alət və konsepsiyalarını tətbiq edərək, biz iştirakçı və müəlliflərin şəxsi təcrübəsinə və refleksiyasına əsaslanaraq dünya cəmiyyətinin daimi artan və şəkli dəyişən problemlərinə toxunuruq. Bizim təşəbbüsümüz, yaradıcılıq sahəsində məşğul olan qadınlara xüsusi diqqət yetirərək, art-layihələrin, sərgilərin, mühazirələrin, master-klassların, təqdimatların, sənət dərslərinin, nümayişlərin təşkilini nəzərdə tutaraq, eyni zamanda gənclərin maarifləndirilməsi üçün şərait yaradır. Layihənin iştirakçıları, cinsi ayrıseçkiliyə yol verilmədən və gender balansının qorunmasına xüsusi diqqət yetirilməklə, həm qadın, həm də kişi yaradıcı sənət nümayəndələri öz təcrübə və qazandıqları bilikləri paylaşacaqlar.          

“Klub” un fəaliyyəti həm yerli əhali arasında maarifləndirmə işinə, həm də Azərbaycanın müasir incəsənətində təşəbbüslərə beynəlxalq peşəkar auditoriya, eləcə də beynəlxalq geniş kütlənin diqqətini cəlb etməyə yönəldilib.

Könül Rəfiyeva

Bakıda yaşayıb fəaliyyət göstərən mədəni irs və layihələr meneceri, sənətşünas incəsənət  layihələri, mədəniyyət diplomatiyası, təhsil və sərgi layihələrinin yaradılması və həyata keçirilməsi üzrə Azərbaycanın və Şərqi Avropa ölkələrinin aparıcı mədəniyyət təsisatları ilə iş təcrübəsinə malikdir. AzArt Box kollektiv art bloq platformasının təsisçisi və Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda müasir incəsənəti inkişaf etdirməyi hədəfləyən İnisiativ Kuratorlar İttifaqının (ICU) direktorudur. Onun elmi maraqlarına mədəni irsin qiymətləndirilməsi və ərazi inkişafında yaradıcı layihələrin təşkili, müasir incəsənətin inkişaf etdirilməsi daxildir. K.Rəfiyeva 2018-ci ildə Tbilisidə, sonra isə Bakıda təşkil olunan həm Şərq, həm də Qərbdə qadınların emansipasiyası və inkişafına həsr olunmuş “Zamanın içində” sərgi layihəsinə kuratorluq etmişdir; K. Rəfiyeva Heydər əliyev Fondunun təşkilatçılığı ilə Nəsimi Festivalı çərçivəsində “Şövq məqamları” vizual incəsənət layihəsinə kuratorluq etmiş, eyni ildə Avropa İttifaqının Bakı şəhərində təşkil etdiyi “Fantaziya” mədəni irs festivalının bədii rəhbəri olmuşdur. O, 2019-cu ildə “Qız Qalası. Qadın olmaq” beynəlxalq müasir incəsənət festivalı və elə həmin ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Nəsimi 2019-cu il Festivalı çərçivəsində “İrfani sirlər” adlı vizual incəsənət sərgisinə kuratorluq etmişdir. 2020-ci ildə o, müstəqil Azərbaycanda 20-ci əsrin əvvəllərində yaranmış qadın klublarının qabaqcıl ənənəsinin davamı olaraq “Klub” Art Space layihəsini başladır ki, real həyat şəraitinə görə incəsənət peşəkarlarının, o cümlədən qadın rəssamların bədii və yaradıcı layihələrinin nümayişi və təşkili üçün onlayn platforma təklif edir ki, bu layihə Azərbaycanın yaradıcılıq peşələrində gender bərabərliyinin bərqərar edilməsinə öz töhfəsini verə bilsin.