Gunel Ravilova

1981-ci ildə Bakıda anadan olan Günel Ravilova, anası – Məstanova Fatma-1955, atası - 1954-cü il təvəllüdlü və 2010-cu ildə vəfat etmiş Mastanov Azər və babası, - Arəşrəf Məmmədovdan ibarət dəstəkləyici sənətkar ailəsində, kosmopolit bir mühitdə böyümüşdür. O, orta məktəbi müvəffəqiyyətlə başa vurmuş, bundan sonra Maliyyə və İqtisad Kollecini (Mühasibatlıq və Audit) və Diplomatik Universiteti (Beynəlxalq Hüquq) bitirmişdir. O, qrafika və Rəssamlıq üzrə müxtəlif təlim kurslarında iştirak etmişdir. Ona, əsas və ilkin rəsm və qrafika biliklərini öyrədən sevimli valideynləri Günelə böyük təsir göstərmişlər. Onlar hər zaman onu sevmişlər və erkən uşaqlıq illərindən Günelə dəstək olmağa və onu motivasiya etməyə çalışmışlar. O, ev studiyasında, öz valideynlərindən - rəssamlardan, rəssamlıq dərslərini almışdır. Bu ona sənət potensialına daha da inam qazandırmış və onu irəliləməyə inandırmışdır. Erkən uşaqlıq illərindən, 3-4 yaşı olarkən Günel müxtəlif sərgilərdə və sənət proqramlarında iştirak etmişdir. İlk fərdi sərgisi, hələ Günel ibtidai məktəbdə oxuduğu zaman təşkil edilmişdir. 2009-cu ildə, o Azərbaycan Gənc Rəssamlar Birliyinin üzvü olmuşdur. 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Rəsm hissəsinin üzvüdür. 2014-cü ildən Beynəlxalq Rəssam-Fəallar Birliyinin üzvü olmuşdur. 1998-ci ildən bu günə qədər Günel bir çox sərgidə uğurla iştirak etmişdir. “Qadına qarşı zorakılıq” adlı sərgidə, o, birinci yerə layiq görülmüşdür. Günel, müxtəlif xarici ölkələrdə yerləşən həm özəl qalereyalarda, həm də muzeylərdə sərgi nümayiş etdirmişdir, onun əsərləri həm ayrıca şəxsi kolleksiyalarda mövcuddur və bundan sonra Dünya İncəsənət Oyunları təşkilatının Xorvatiyada təşkil olunan sərgisində də mövcuddur. Günel əvvəlcə doğma şəhəri Bakıda rəsm əsərlərini sərgiləyib. Əsərlərindən söz yayıldıqca, o Türkiyə, İtaliya, Latviya (Riqa), Avstriya, Fransa (Paris), Avstraliya, Meksika və s. kimi müxtəlif xarici şəhərlərdə və ölkələrdə keçirilən sərgilərə dəvət almışdır. Günel təkcə Azərbaycanda deyil, habelə bəzi xarici ölkələrdə də oz əsərlərni sərgiləməyə davam etmişdir. O, 2014-cü ildə "Artletka" adlı işi Palermo (İtaliya) və Parisdə (Fransa) keçirilən bir sərgiydə iştirak etmişdir. Tolerantlığa həsr olunmuş "Yarışlar" adlı sərgi, 2015-ci ildə Avstriyada təşkil edilmişdir və o mükafata layiq görülmüşdür.