Nigar Samed-Zade (Nika)

(Nika) Nigar Səmədzadə Danimarkanın paytaxtı Kopenhagendə boya başa çatmış (hazırda yaşadığı yer), Azərbaycan və İspaniyada iş, təhsil və həyat təcrübəsi olan bir azərbaycanlı rəssamdır. O, erkən yaşlarından rəqs, tamaşa, teatr və incəsənət ilə işləyən bir gənc rəssam kimi beynəlxalq təcrübə qazanmışdır. O, müasir incəsənət karyerasını davam etdirmək üçün, ADA-dan (Azərbaycan Diplomatik Akademiyası) və ANA-dan (Azərbaycan Neft Akademiyasından) imtina etmiş, bundan sonra Danimarka folklor sənət məktəbinə (Kunstøjskolen Holbæk) köçmüş ki, bu da onu sonrasında Yarat Müasir İncəsənət Məkanındakı təcrübəsinə gətirib çıxarmışdır. Burada o, digər tanınmış və yeni tanınmaqda olan rəssamlarla birlikdə rəssam və fotoqraf Serqey Bratkovun kuratorluğu altında özünün ilk multimedia montajını sərgiləmişdir. Onun növbəti araşdırması, Danimarkadakı Filmhøjskolen Møn-da həyata keçirdiyi qlobal və yerli mühitin hiper hissləri haqqında Azərbaycanda çəkilmiş hibrid sənədli film olmuşdur ki, bununla da o film mühitində təcrübə qazanmışdır. Hal-hazırda o, Kopenhagendəki “Artem"-art kollektivin bir parçası olmaqla yanaşı, eyni zamanda zorakı münasibətlərə məruz qalan qadınlar haqqında qısa bir təşviqat filmi hazırladığı feminist / bərabər hüquqlu cəmiyyətin üzvüdür. O, ənənəvi və bərabər hüquqlarla əlaqəli mövzularda özünü incəsənət və incəsənət müzakirələri vasitəsilə Azərbaycan və qlobal kontekstdəki bu mövzulara daha çox həsr etmək.