Təmas
qara və ağ rəngli şəkillər seriyası, Polaroid
Rəssam üçün təcridolunma onun həyat tərzidir, bu, hər bir rəssamın həyat tərzidir. Onun nə qədər gəzməsi və istirahət etməsi vacib deyil, onun həqiqətən səmərəli şəkildə yaratdığı və özü ilə təklikdə qaldığı bir dövrdür. Son bir ildir yeni nü seriyası üzərində işləyərkən, rəssam hər bir bədənin çirkin , gözəl , diksinc, amma yenə də, onun unikal olduğunu və onu sevmək, qəbul etməkdən utanmamaq olmasına dair fikirlərini fotoşəkillərində əks etdirdi. Onun üçün insanın bədən quruluşu vacib deyil, o, sadəcə, yad naməlum bədənə toxunaraq təmas edir. "Təmas" hər bir xətt ,forma və kiçik şeylərə vurğudur və də bəzən insanın zahirdə, bəzən də ən dərində gizlənən bir şeylərlə, insanın elə özü-özüylə təmasa girməsini göstərə bilmək üçün bir fürsətdir.